Vətənpərvərlik hisslərinin tərbiyəsi

Ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən biri də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır.Bu sahədə həyata keçirilən maarifləndirmə və təbliğat işləri bilavasitə şagirdlərin mənəvi, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə,doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə yönəldilir. Bu məqsədlə məktəbimizin psixoloqu Fərqanə Əliyeva və 8”A” sinfinin şagirdləri daxil olmaqla Aprel Döyüşləri Qazisi Afiyəddin Əliyevin "Zəfər yürüşü Qarabağa" mövzusunda maarifləndirici təlimdə iştirak etdilər.Təlim Azərbaycan Dövlət himni ilə başladı. Qazimiz Afiyəddin Əliyev öz döyüş yolundan, əsgər yoldaşları ilə birgə keçdikləri qəhrəmanlıq nümunəsindən həmdə bu günki qələbəmizdən böyük fəxrlə danışdı.Sonda gənclərimizi Vətəni sevməyə, bu gün olduğu kimi daima yumruq kimi bir olmağa çağırdı. Şagirdlərimiz vebinarda iştirak etdikləri üçün Sertifikatla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi