Yol hərəkəti qaydalarını öyrənirik

Ölkə prezidenti cənab İlham Əliyevin muvafiq sərəncamı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” nın və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 28 fevralda ibtidai sinif müəllimi Çiçək Əhmədovanın təşkilatlığı ilə “Yol hərəkəti qaydalarını öyrənirik” adlı tədbir keçirildi. Tədbirdə məktəb kollektivi, şagirdlər və valideynlər də iştirak edirdilər.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nailə Əhmədova bildirdi ki, orta məktəblərdə yol hərəkəti qaydalarının təbliği uşaqların bilik və bacarıqlarının formalaşmasına müsbət təsir göstərir. Tədbir zamanı şagirdlərə yol nəqliyyat hadisələrinin törətdiyi ağır fəsadlardan bəhs edən videoroliklər nümayiş etdirildi. Şagirdlər tərəfindən səhnəciklər göstərildi, yol hərəkəti haqqında şeirlər, mahnılar, tapmacalar söylənildi. Tədbirin məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi