Unudulmayan faciə, sağalmaz yara

26 fevralda məktəbdə Xocalı soyqırımınin 28-ci ildönümü ilə əlaqədar “Unudulmayan faciə, sağalmaz yara” adlı dəyirmi masa keçirildi . Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə məktəbin Azərbaycan dili müəllimi Gülnarə Rəsulzadə açdı. 28 ildir Azərbaycan xalqının qan yaddaşında yaşayan Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsi zamanı dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktını özündə əks etdirən ən dəhşətli hadisədir. Xocalı soyqırımını müharibə tarixinin ən cinayətkar səhifələrindən biri olduğunu və beynəlxalq aləmdə bu hadisəyə doğru – düzgün qiymət verilmədiyini qeyd etdi. Gülnarə Rəsulzadə bu tarixi hər bir vətəndaşın xüsusilə gənclərin bilməsini tövsiyə edərək, eyni zamanda bu hadisələri Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda, xalqımızın müstəqillik yolunda apardığı mübarizənin əsası kimi, xalqın qəhrəmanlığının, cəsarətinin nümayişi kimi xatırlamağın əhəmiyyətini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi