Xocalı soyqırımı-XX əsrin faciəsi

26 fevral məktəbdə ilk dərslər Xocalı faciəsinin 28-ci ildönümünə həsr olundu. Dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verən Vətən oğullarının və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Dərsləri tədris edən müəllimlər 28 il bundan əvvəl Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən söz açıblar. Xocalı soyqırımı ilə bağlı fikirlərini şagirdlərlə bölüşən müəllimlər onları torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi