Xocaliya həsr edilmiş sərgi

25 fevralda Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar məktəbin rəsm müəllimi Çinqiz Fətullayevin təşkilatçılığı ilə şagirdlərinin rəsm sərgisi təşkil edildi. Tədbirdə çıxış edən məktəb direktoru Nailə Əhmədova şagirdlərə Azərbaycanın qəhrəmanlıq dolu şanlı tarixi günlərini, qan yaddaşımıza yazılmış faciələrini unutmamağı, hər zaman xatırlamağı tövsiyə etdi. Sonra sərgiyə baxış keçirildi. Rəsmləri çəkən şagirdlər Xocalı faciəsini gözləri ilə görməsələr də, öz müəllimlərindən bu faciə ilə bağlı aldıqları məlumatları, təəssüratları uşaq təxəyyülü ilə ağ kağızlara köçürüblər. Rəsmlərdə həmin gecənin dəhşətləri, yüzlərlə insanın al qanına qəltan edilməsi, düşmənin kimsəyə aman verməməsi, kafir erməninin o gecədə ağbirçək anaya, ağsaqqal qocaya, südəmər körpəyə də güllə atması təsvir olunub.Nailə Əhmədova çıxış edərək bildirdi ki, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaq məqsədilə keçirilən sərgilər çox önəmlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi