"Xoca" filminə baxış

Bəşəriyyət tarixində baş vermiş ən böyük faciələrdən olan Xocalı soyqırımı xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Mənfur erməni faşistləri tərəfindən soydaşlarımıza qarşı törədilmiş bu tarixi cinayətdən illər ötsə də, onun yaddaşlarda buraxdığı iz heç vaxt silinməyəcək. Bədii əsərlərdə, filmlərdə, mahnılarda öz əksini tapacaq. Bununla əlaqədar olaraq 24 fevralda 8 “A” sinif şagirdləri Ədəbiyyat müəllimi Elmira Asanovanın təşəbbüsü ilə “ Xoca “filminə tamaşa etdilər. Filmdən çox təsirlənən şagirdlər onun haqqında təəssüratlarını esse şəklində yazdılar və filmin ayrı-ayrı epizodlarına münasibətlərini bildirərək müzakirə apardılar. Film şagirdlərin vətənpərvərlik hissini artırmaqla yanaşı, qansız düşmənlərə qarşı nifrətini də birə-beş artırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi