Breyn-rinq intellektual oyunu

Bu gün məktəbimizin 5-ci və 6-cı  sinif   şagirdlərindən  ibarət komandalar  arasında Breyn-rinq intellektual oyunu keçirildi. Müəllimlərin ,şagirdlərin və valideynlərin azarkeşlik etdiyi bu intellektual  yarışda komandaların ümumi dünyagörüşü, məntiqi təfəkkürü, eləcə də hazırcavablığını müəyyənləşdirmək üçün onlara müxtəlif sual və tapşırıqlar təqdim edildi.Şagirdlər sualları  cavablandırdılar.Sonra münsiflər tərəfindən komandaların ümumi balları toplandı və qaliblər müəyyənləşdirildi.1-ci,2-ci, 3-cü yerlərə ardıcıl olaraq 5"B",6"C",5"C" sinifləri layiq görüldülər.Qeyd edilən siniflərin komandaları qalib olduqları,digər komandalar isə fəal iştiraklarına görə diplomla təltif olundular.Sonda məktəbin direktoru Nailə Əhmədova çıxış edərək fəal iştiraklarına görə şagirdlərə təşəkkür etdi və belə yarışların onların intellektual səviyyələrinin inkişafında oynadığı rolu xüsusi olaraq qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi