Ana dilim, şirin dilim

21 fevralda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Qurbanovanın təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş “ Ana dilim, şirin dilim” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi,müəllim kollektivi, şagirdlər, valideynlər iştirak etdilər. Məktəbin direktoru Nailə Əhmədova giriş sözü ilə tədbiri açaraq bildirdi ki, ,ümummilli lider Heydər Əliyev “Azərbaycan dili” sözlərini təkrar etməkdən doymur, əksinə onu dilə gətirməkdən zövq alırdı. Çünki dil bizim ruhumuzun əksidir. Odur ki, dilimizi sevmək, onun əsilliyini qorumaq hər birimizin borcudur. Sonra şagirdlərin hazırladığı “Ana dilim, şirin dilim” adlı kompozisiya təqdim olundu. Kompozisiyada ana dilimizdə misilsiz sənət nümunələri yaratmış sənətkarlarımızın əsərlərindən nümunələr təqdim olundu, şeirlər, mahnılar ifa olundu. Tədbir şagirdlərimizə öz ana dilini sevməyi və onu qorumağı aşılamaqda mühüm rol oynadı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi