Gənc fiziklərin yaradıcılıq müsabiqəsi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən ümumtəhsil müəssisələrinin şagirdləri arasında “ Gənc fiziklərin yaradıcılıq müsabiqəsi ” nin keçirilməsinə start verildi. Bu məqsədlə 14 fevralda məktəbdə fizika müəllimləri Əzizə Kərimova və Gülarə Əmirovanın təşkilatçılığı ilə müsabiqənin məktəb mərhələsi keçirildi. Müsabiqədə iştirak edən komandalar üç nəfərdən (IX sinif - 1 nəfər, X sinif - 1 nəfər, XI sinif -1 nəfər) təşkil olunmuşdu. Sonda münsiflər heyətinin qərarı ilə Erudit komandası I yerin qalibi seçildi. Komanda rayon mərhələsinə keçid aldı. “ Gənc fiziklərin yaradıcılıq müsabiqəsi ” nin keçirilməsinin əsas məqsədi məktəblilərin tədqiqat işlərinə və fizika fənninə maraqlarının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, eləcə də istedadlı şagirdlərin aşkara çıxarılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi