İnsan alverinə qarşı mübarizə

11 fevralda Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlı 9 “A” sinif şagirdlərinin iştirakı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirtdi. Nisə Qurbanlı çıxış edərək şagirdlərə insan alverinin bütün dünyada aktual problem olduğunu, bu istiqamətdə ölkəmizdə fəaliyyət proqramlarının qəbul olunduğu barədə məlumat verdi. Çıxışında şagirdlərə insan alverinin qarşısının alınması, gözlənilən təhlükələr və qabaqlayıcı tədbirlər haqqında geniş məlumat verdi. Respublikamızda insan alveri qurbanları üçün sığınacaqların, reablitasiya mərkəzlərinin fəaliyyət göstərdiyinin və onların cəmiyyətə inteqrasiyasının təmin olunmaları üçün əlverişli şərait yaradıldığını nəzərə çatdırdı. Tədbirin sonunda mövzuya dair videoçarx nümayiş olundu və mövzu ətrafında müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi