Azadlığa gedən yolun zirvəsi

17 yanvar məktəbdə 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar “Azadlığa gedən yolun zirvəsi” adlı tədbir keçirildi. Əvvəlcə dövlət himni səsləndi və şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə məktəbin direktoru Nailə Əhmədova çıxış edərək bildirdi ki, tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş, dinc, mülki əhali kütləvi qətliama məruz qalmışdır. Tədbirin bədii hissəsində şagirdlərin hazırladığı kompozisiya nümayiş etdirildi və 20 Yanvar faciəsinə həsr olunmuş filmlər tədbir iştirakçılarına təqdim edildi. Məktəb səviyyəsində təşkil olunan bu tədbirlərin əhəmiyyəti şagirdləri 20 Yanvar hadisələri haqqında daim məlumatlandırmaq, bu silinməz qan yaddaşını nəsildən-nəslə ötürməkdən ibarətdir. Çünki hər bir azərbaycanlı bu gün sahib olduğu müstəqilliyin, suveren və demokratik dövlətdə yaşamağın hansı qurbanlar və mücadilələr sayəsində əldə edildiyini unutmamalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi