20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı seminar

14 yanvarda məktəbin tarix müəllimi Haqverdi Cəfərov 7”A” sinfində “20 Yanvar faciəsinin” otuzuncu ildönümü ilə bağlı seminar keçirdi. Haqverdi Cəfərov 20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu qeyd etdi. Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir 20 Yanvar. 30 ildir Azərbaycan xalqı bu günü, Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad etdiyini bildirdi. Sonra şagirdlər anım mərasiminə aid təqdimatlarla çıxış etdilər. 20 Yanvar faciəsinə həsr olunmuş seminarın keçirilməsi şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə aşılanması məqsədlərinə xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi