31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il

30 dekabrda məktəbdə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru Nailə Əhmədova, məktəbin pedaqoji kollektivi, şagirdlər, valideynlər iştirak edirdilər. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nailə Əhmədova Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi və əhəmiyyəti barədə geniş məlumat verdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğunu vurğulayan məktəbin direktoru həmrəylik gününün dünyada yaşayan soydaşlarımız arasında birlik yaratmaq baxımından mühüm rol oynadığını diqqətə çatdırdı. Çıxışı zamanı nailə Əhmədova tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yen il münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. Tədbirdə şagirdlər Vətənə, həmrəyliyə və Yeni ilə aid şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi