İntellektual oyun

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə paytaxtın təhsil işçiləri arasında 25 dekabrda intellektual oyun təşkil olunub. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil edilən “Həmrəylik kuboku - 2019” Nə? Harada? Nə zaman? intellektual oyununun keçirilməsinin əsas məqsədi təhsil işçiləri arasında həmrəyliyi möhkəmləndirmək, müxtəlif sahələr üzrə iştirakçıların istedad və dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə və təhliletmə qabiliyyətlərini inkişaf etdirməkdən, intellektual oyunlara olan marağı daha da artırmaqdan ibarətdir. Bilik yarışında BŞTİ və Təlimə Dəstək Mərkəzinin əməkdaşları, həmçinin ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərindən ibarət 39 komanda üç turda qalibiyyət uğrunda mübarizə aparıb. Məktəbin direktoru Nailə Əhmədova bilik yarışmasında Səbail rayon məktəb direktorlarından və direktor müavinlərindən ibarət “Evrika” komandasında iştirak edərək 39 komandadan V yerə layiq görülüblər. Yarışmada “İnkişaf” komandası birinci, “Zəfər” komandası ikinci, “İntellekt” komandası üçüncü yerə layiq görülərək kubok, diplom və hədiyyələrlə təltif olunublar. Gərgin keçən intellektual qarşılaşmada qalib gələn komandanın üzvlərinə kubok, diplom və “İnci” şirkətlər qrupu tərəfindən hədiyyələr təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi