İgid Riad

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Riad Əhmədov xalqımızın qəhrəmanlıq tarixində özünə məxsus iz qoymuş şəxslərdəndir. Məktəbin fəxrlə adını daşıdığı qəhrəmanın doğum günü hər il müəllim və şagird kollektivimiz tərəfindən xüsusi olaraq qeyd edilir. Bu il də ənəmizə sadiq qalaraq xalqımızın bu igid oğlunun 63-cü ildönümü münasibətilə tədbir keçirtdik. Tədbirdə məktəbin 6”A” sinif şagirdləri xüsusi proqramla çıxış etdilər. Qəhrəmanın xatirəsinə həsr olunmuş şeirlər, mahnılar söylədilər. Döyüş yolu haqqında məlumat verdilər. Tədbirin sonunda məktəbin direktoru Nailə Əhmədova çıxış etdi. O, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın şagirdlərimiz tərəfindən hər zaman yad edilməsi ənənəsini təqdirə layiq iş olduğunu vurğuladı. Riad kimi qəhrəmanların heç zaman unudulmayacağını söylədi. Məktəbin şagirdlərinə də Riad kimi Vətəni ürəkdən sevməyi , onu göz bəbəyi kimi qorumağı tövsiyə etdi. Tədbirin sonunda müəllim və şagirdlər Milli Qəhramanın barelyefi önünə gül dəstələri qoydular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi