Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına əsasən müasir Azərbaycan tarixinin və Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə mütəmadi olaraq xüsusi qrafik üzrə ümumtəhsil məktəblərin XI sinif şagirdlərinə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə dərslər keçirilir. 17 dekabrda məktəbin rəhbərliyi və XI sinif şagirdləri Səbail rayon R. Hüseynov adına 49 saylı “İntellekt” məktəb-liseydə təşkil olunmuş dərslərdə iştirak etdilər. Dərslərin tədrisi zamanı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edildi, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkürəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi