Valideynin məktəbdə bir günü

17 dekabrda məktəbdə "Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində I-IV siniflərin valideynləri ilə növbəti görüş keçirildi. Görüşdə çıxış edən məktəb direktoru Nailə Əhmədova layihənin əhəmiyyəti barədə danışdı. Nailə Əhmədova bildirdi ki, layihə valideynlərin məktəb mühiti ilə daha yaxından tanış olmasını təmin edir. Həmçinin müəllim-valideyn münasibətlərinin inkişafı baxımından əlverişli psixoloji mühitin yaradılmasında mühüm rol oynayır. Müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan bəhs edən Nailə Əhmədova valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün görülən intensiv işlərdən danışdı. Daha sonra valideynlər məktəb mühiti ilə tanış oldular, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verildi. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənildi və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi