Maarifləndirici seminar

Bullinq - bu, bir uşağın başqaları tərəfindən təqib olunması, aqressiv davranışdır ki, son illərdə məktəblərdə tez-tez yayılıb. Şagirdlər arasında zorakılıq hadisələri həmişə məktəbin bir hissəsi olub, ancaq indi onlar daha çox gözə çarpır. Bu məqsədlə 13 dekabrda məktəbin psixoloqu Fərqanə Əliyeva 4 “A” sinfində maarifləndirici seminar keçirdi. Seminarın keçirilməsində əsas məqsəd məktəb şagirdlərini bullinq davranışları ilə tanış etmək və onun qarşısını almaqla şagirdlərə dəstək olmaqdan ibarət olmuşdur.Təlim zamanı məktəbdə şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumat verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi