Ulu Öndərin məzarına ziyarət

10 dekabrda ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə məktəbin 8”C” , 8”A”sinif şagirdləri Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlı , kitabxana müdiri Aygün Quliyeva və kitabxanaçı Yaqut Abbasova ilə birgə Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət etdilər.Uşaqlar ümummilli liderin məzarı üzərinə gül dəstəsi qoyub, onun xatirəsini ehtiramla andılar.Daha sonar onlar Zərifə xanım Əliyevanın da məzarını ziyarət etdilər. Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlı şagirdlərə Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət haqqında məlumat verdi.Bildirdi ki, Azərbaycan xalqının tarixi şəxsiyyətləri içərisində ümummilli lider adını qazanmış görkəmli dövlət xadimi ,dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır.Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi