Cəmiyyət və təbiət arasında qarşılıqlı əlaqələr

“Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir və fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünü idarə prinsipləri əsasında qurulur. Bakı şəhəri ümumi təhsil müəssisələrinin VIII-X sinif şagirdləri arasında 2019-cu ilin noyabr-dekabr aylarında “Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq müsabiqəsi keçirilir. Müsabiqə üç mərhələdən ibarətdir.İlk mərhələ məktəbdaxili həyata keçirilir. Bu müsabiqəyə məktəbin “Kiçik Akademiya” sının üzvləri “Cəmiyyət və təbiət arasında qarşılıqlı əlaqələr” mövzusunda araşdırmalar apardılar. 4 dekabrda münsiflər heyətinin qərarı ilə 8”A” sinif şagirdi Nəzrin Məmmədovanın araşdırma işi seçilərək ikinci mərhələyə təqdim olundu.Nəzrinə bu müsabiqədə qalib olmağı diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi