Əbədiyaşar lider

4 dekabrda məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Sevinc Qurbanova və kitabxana müdiri Aygün Quliyevanın təşkilatçılığı ilə 10 “A” sinif şagirdləri ilə birgə məktəbin kitabxanasında ulu öndər Heydər Əliyevin xatirə gününə həsr olunmuş “Əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirdi. Dəyirmi masanı giriş sözü ilə Sevinc Qurbanova açdı. Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sevinc Qurbanova çıxış edərək əbədiyaşar şəxsiyyət olan Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi illərdən danışaraq ulu öndərin sözün əsil mənasında böyük dövlətçilik və idarəçilik fəaliyyətindən söhbət açdı. Sonra şagirdlər Heydər Əliyev haqqında faktları söyləməklə yanaşı öz fikirlərini də ifadə etdilər. Heydər Əliyevə həsr olunmuş şeirlər də şagirdlər tərəfindən səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi