Azərbaycan Rəngkarlığı Muzeyinə ekskursiya

3 dekabrda məktəbin 6 “C” sinif şagirdləri sinif rəhbərləri Gülnarə Rəsulzadə ilə birgə “YARAT” Müasir İncəsənət Məkanı Azərbaycan Rəngkarlığı Muzeyində “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgidə ekskursiyada oldular. Sərgi XX əsrin əvvəllərindən İkinci Dünya müharibəsi dövrünədək yaradılan rəngkarlıq və qrafika əsərləri, o cümlədən ədəbi nümunələr, arxiv sənədləri və xronikanı əks etdirən, dövrün mülahizəsini təqdim edir. Sərginin ekspozisiyası rəssamlar İsmayıl Axundov, Əzim Əzimzadə, Lətif Feyzullayev, Mixail Gerasimov, Həsən Haqverdiyev, Əli bəy Hüseynzadə, Qeysər Kaşıyeva, Bəhruz Kəngərli və digər sənətkarların müxtəlif dövrlərdə yaratdığı əsərlərdə azərbaycançılıq, vətənpərvərlik və humanizm ideyaları böyük ustalıqla tərənnüm edilmişdi. Ekspozisiya haqqında məlumat verildikdən sonra şagirdlər iki qrupa ayrılaraq interaktiv çalışmaları yerinə yetirdilər. Sərgi iştirakçıları təqdim olunan rəsmlər və suallar əsasında sərgidə nümayiş etdirilən sənət əsərlərini axtarıb təyin edərək öyrəndikləri məlumatları qeyd etdilər. Şagirdlərimiz yeni təəssüratlar və xatirə foto-şəkilləri ilə sərgidən ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi