Məktəblimizin uğuru
A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin şagirdlərinin uğurları davam edir. Belə ki, 7 "X" sinif şagirdi, Prezident təqaüdçüsü Məmmədov Atillanın noyabrın 27-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında solo konserti keçirilmişdir. Konsertdə mədəniyyət və incəsənət nümayəndələri, eyni zamanda məktəb-liseyin direktoru Səadət xanım Veysova, direktor müavinləri, şagirdlərimiz də iştirak etmişlər.
Sonda çıxış edən Səadət xanım Atillaya uğurlar arzu etmiş, xoş arzu və istəklərini dilə gətirmişdir.