Şagirdimizin uğuru

   A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin 9 "C" sinif şagirdi Büşrahuri Gül dekabrın 1- də Lady Art mərkəzinin təşkilatçılığı ilə əl işlərindən ibarət yaradıcılıq sərgisində özünə aid əl işlərini nümayiş etdirmişdir. Sərgidəki yaradıcılıq nümunələri müxtəlif mövzularda təşkil olunmuşdur. Tarixi mədəniyyətimizi təbliğ edən belə sərgilərdə böyüklərlə yanaşı yeniyetmə və gənclərimizin öz əl işlərilə iştirakı çox təqdirəlayiq bir hadisədir. Belə tədbirlərin gənclərin estetik zövqünün formalaşmasında və onların başqa zərərli vərdişlərdən uzaq olmasında da rolu böyükdür.
   Qeyd edək ki, yaddan çıxmış sənət incilərimizi bərpa etmək və yaşatmaq yaşından asılı olmayaraq hər bir vətəndaşın mənəvi borcudur. 20 nömrəli tam orta məktəb-liseyin şagirdi Büşrahuri yaşının az olmasına baxmayaraq, bu istiqamətdə könüllü olaraq çalışır. Bu könüllü və fədakar işində Büşrahuriyə kollektiv adından uğurlar arzu edirik. Səninlə fəxr edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi