Bayraq Gününə həsr edilmiş tədbir keçirilmişdir

   Noyabrın 7-də A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə 9 Noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş " Bayraq mənliyimdir, Bayraq kimliyim" adlı tədbir keçirilmişdir. Tədbir 3"A" sinif şagirdlərinin iştirakı və sinif rəhbəri Vəliyeva Gülüstanın rəhbərliyi ilə təşkil edilmişdir.
   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlamış, şagirdlərin ifasında şeir, mahnı və səhnəciklərlə davam etmişdir.
   Tədbirdə məktəb-liseyin direktoru Səadət xanım Veysova, direktor müavinləri, fənn müəllimləri və valideynlər iştirak etmişlər.
   Tədbirin sonunda çıxış edən Səadət xanım Veysova bu günün əhəmiyyətindən danışmış, şagirdləri daima Vətəni sevməyə, onu qorumağa hazır olmağa səsləmişdir, bu günki çıxışlarına görə təşəkkür etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi