Azərbaycanın balaca gimnastları Moskvada “GymStar Kids Cup” turnirində uğurla çıxış ediblər

   Moskvada “GymStar Kids Cup” açıq beynəlxalq gimnastika turniri keçirilib.
   Müxtəlif ölkələrdən 4-14 yaşlı 100-dən çox gimnastın qatıldığı turnirdə Azərbaycanı 12 idmançı təmsil edib.
   Turnirdə azərbaycanlı gimnastların çıxışları böyük maraqla qarşılanıb. “GYM Star Stolitsa” idman klubunun təsisçisi Aleksandra Laçkova turnirin açılış mərasimindəki çıxışında Azərbaycan gimnastlarının yarışlara qatılmasından məmnunluğunu ifadə edərək deyib: “Bilirsiz ki, klubumuzun Bakı bölməsində də balacalar məşq edirlər və müxtəlif yarışlara hazırlaşırlar”.
   Yarışlarda uğurla çıxış edən Azərbaycan gimnastları fəxri kürsüdə yer alıblar. Gimnastlarımız Rusiya turnirindən sonra Budapeştdə və Dubayda keçiriləcək yarışlara hazırlaşacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi