Mükafatlandırılma

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev A. Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin direktoru Əməkdar müəllim Səadət xanım Veysovanı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin (1918-2018) yubiley medali” ilə təltif etmişdir.
    12.07.2019-cu il tarixdə Yasamal Rayonu Icra Hakimiyyətində keçirilən, Ümummilli lider Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin 50 illiyinə həsr olunmuş tədbirdə medal Yasamal İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov tərəfindən Səadət xanım Veysovaya təqdim edilmişdir. Məktəbin pedaqoji kollektivi adından Səadət xanımı təbrik edir, ona cansağlığı və gələcək fəaliyyətində uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi