Kiçik akademiya

    A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə “Kiçik Akademiya” layihəsi çərçivəsində tədbir keçirilmişdir. Tədbirə münsiflər heyəti qismində AMBA Botanika Institutu Etnobotanika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru, professor İbadullayeva Səyyarə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi İşlər üzrə direktor müavini, Filologiya üzrə fəlsəfə doktoru, dossent Bağırova Aygün dəvət olunmuşdur. 
     Şagirdlər müxtəlif sahədə-fizika, biologiya, ədəbiyyat, riyaziyyat üzrə 20-dən çox layihə ile çıxış etdilər. “Alternativ enerjinin alınma üsulları”, "Альтернативная рассеянная енергия-енергия шума",
" Биоэлектричество-альтернативная энергия. Электричество из лимона", "Источник альтернативной энергии", "Şəhər şəraitində ekoloji təmiz tərəvəzlərin becərilməsi", "Baytarlıq", "İmaməddin Nəsimi-650 il" kimi təqdim olunan layihələri alimlərin diqqətini cəlb etdi və şagirdlərin gələcəkdə bu layihələri daha da təkmilləşdirilmələri məqsədilə alimlərlə çalışmaları təklif olundu. Məktəb-liseyin istedadlı şagirdləri bir daha sübut etdiler ki, Azərbaycan elminin gələcəyi əmin əllərdədir. Tədbirin sonunda məktəb-liseyin direktoru Səadət Veysova, alimler, direktor müavinləri çıxış edib uşaqlara bu böyük işdə uğur dilədilər ve daima onları dəstəkləyəcəklərini bildirdilər.

   Xüsusi olaraq məktəb-liseyin fizika muellimi, DIM də fizika fənni üzrə ekspert, fizika üzrə bir çox vəsaitlərin, patentləşmiş bir çox ixtiraların müəllifi Xumar Hacıyevaya böyük minnətdarlığımızı bildiririk.

   Qeyd edək ki, Kiçik Akademiya layihəsi çərçivəsində həyata keçirilən bu tədbir məktəb- liseyin tarixində bir Ilk idi. Layihə məktəb -liseyin direktoru Səadət Veysovanın təşəbbüsü ve məktəb- liseyin müəllim kollektivinin dəstəyi ilə həyata keçirilmişdir. Əziz şagirdlər və hörmətli müəllimlər, bu böyük ve layiqli işdə hamınıza uğurlar!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi