Karateçi-şagirdlərimiz Ukraynadan medallarla qayıtdılar

   31 may - 4 iyun aralığında Ukraynanın Odessa şəhərində Beynəlxalq karate turniri keçirilmişdir. "Odessa Open" adlanan yarışa qatılan Azərbaycan komandasının tərkibində A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin 2 şagirdi də yer almışdır. 7 "O" sinfindən Heydərli İlqar Vaqif oğlu 13-14 yaşlı idmançılar arasında -45 kq, 2 "Ə" sinfindən Heydərli Vüqar Vaqif oğlu isə 8-9 yaşlı karateçilər arasında -30 kq çəki dərəcəsində mübarizə aparmışlar. Hər iki şagirdimiz vətənə medalla qayıtmışdır. Bütün rəqiblərinə qalib gələn İlqar fəxri kürsünün 1-ci pilləsinə qalxaraq qızıl, yalnız final döyüşündə məğlub olan Vüqar isə gümüş medal qazanmışdır. Məktəbimizin kollektivi adından idmançı-şagirdlərimizi təbrik edir, onlara gələcək yarışlarda uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi