“Fövqəladə Hallar zamanı düzgün davranış qaydaları” mövzusunda dərs

    21.12.2018-ci il tarixdə A.Hüseynzadə adına 20№li tam orta məktəb-liseydə 2 “C” sinif şagirdləri  sinif müəllimi Tahirova Azadənin və məktəbin Çağırışaqədərki hazırlıq müəllimi Ağayev Natiqin  rəhbərliyi ilə  “Fövqəladə Hallar zamanı düzgün davranış qaydaları” mövzusunda dərs keçmişlər. Dərs şagirdlərin mövzu ilə ilkin biliklərini nümayiş etdirmələri ilə başlamış, yekunda isə hər bir qrup hazırlamış olduğu   təqdimatlarını nümayiş etdirmişlər. Təqdimatlar yekunlaşdıqdan sonra Çağırışaqədərki hazırlıq müəllimi Natiq müəllim zəlzələ, fırtına, yanğın, partlayış zamanı necə rəftar etməli olduğumuzu ikincilərə izah etmiş, əleyqaz, aspiratordan düzgün və lazımi şəraitdə  istifadə qaydalarını izah etmişdir/. Dərs şagirdlərin böyük marağına səbəb olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi