Azərbaycan Diplomatik Akademiyasına ekskursiya

   08.11.2018-ci il tarixdə A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin bir qrup şagirdləri məktəbin direktoru Səadət xanım Veysovanın rəhbərliyi ilə Azərbaycan Diplomatik Akademiyasına ekskursiyaya getmişlər. Ekskursiya zamanı ilk olaraq şagirdləri Universitetin bakalavr proqramları üzrə Biznes fakültəsinin kuratoru Elşad Göyüşov salamlamış, akademiya haqqında məlumat verərək bildirmişdir ki, dövlət başçısı İlham Əliyevin 2006-cı il 6 mart tarixli fərmanı ilə təsis edilən Azərbaycan Diplomatik Akademiyası yarandığı gündən öz fəaliyyətində xüsusi ixtisaslı diplomat kadrların hazırlanmasını əsas götürüb. Akademiya haqqında geniş məlumat əldə etdikdən sonra şagirdlərimiz Akademiyanın tələbə mərkəzi ilə tanış olmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi