"Bilik yarışması" keçirilmişdir
08.06.2018-ci il tarixdə A.Hüseynzadə adına 20№li tam orta məktəb-liseyin tarix müəllimi Məmmədova Zemfiranın təşkilatçılığı ilə V sinif şagirdləri arasında "Bilik yarışması" keçirilmişdir. Yarışma Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmişdir.
"Bilik yarışması" 4 mərhələdə keçirilirdi. Hər mərhələ şagirdlərə 5 sual təqdim olunurdu. Suallar şagirdlərin dünyagörüşünü və tarix fənnindən əldə etdikləri biliklərə yönəlmişdi. Şagirdlər "Dostluq", "Küləklər şəhəri", "Odlar yurdu" və "Bilik" komandası olmaqla 4 qrupa bölünmüşdülər. İlk öncə 4 komandadan 2 komanda, final mərhələsində isə qalib komanda seçilmişdir.
"Bilik yarışması"nda məktəbin direktoru Səadət xanım Veysova, direktor müavinləri, digər fənn müəllimləri iştirak etmişlər.