Bu gün sizin gününüzdür, əziz uşaqlar

   Uşaqların Beynəlxalq Müdafiəsi Günü  1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınmışdır. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi dünyada eləcə də,  Azərbaycanda da qeyd edilir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. 
   " 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü " ilə əlaqədar olaraq A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseydə sinif müəllimi Qasımova Vəfanın rəhbərliyi ilə 2 "A" sinif şagirdləri  tədbir keçirmişlər. 
   Tədbir şagirdlərin fəal iştirakı ilə başlamış, məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etmişdir. 
   Tədbirin sonunda çıxış edən məktəb-liseyin direktoru Səadət xanım Veysova şagirdləri təbrik etmiş, xoş arzularını dilə gətirmişdir. 
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi