"Cümhuriyyət-100 il" adlı tədbir keçirilmişdir

   2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın-Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhəri Yasamal rayonu A.Hüseynzadə adına 20№li tam orta məktəb-liseydə 24.05.2018-ci il tarixdə məktəbin I-XI sinif şagirdlərinin iştirakı ilə “Cümhuriyyət-100 il” adlı tədbir keçirilmişdir.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış, məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etmişdir.

    Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,millət vəkilləri, generallar, ictimai-siyasi xadimlər, media nümayəndələri, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etmişdir.

   Tədbirin sonunda “Şahin” hərbi idman yarışlarının Respublika mərhələsində II yer tutmuş şagirdlərimiz səhnəyə dəvət olunmuş, Yasamal  Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi