"Oxu günü" çərçivəsində məktəbdaxili tədbirlər keçirilmişdir

   A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseydə BŞTİ-nin 04.04.2018-ci il tarixli F-148№li əmrinə əsasən, "Oxu günü" çərçivəsində məktəbdaxili tədbirlər keçirilmişdir. 
   Belə tədbirlərdən biri 19.04.2018-ci il tarixdə 7-10-cu sinif şagirdlərinin iştirakı ilə keçirilən ədəbi-bədii gecə olmuşdur. Gecədə rus və Azərbaycan bölməsinin şagirdləri Azərbaycan, rus və dünya ədəbiyyatından seçmə nümunələr ifa etmişlər. 
   Tədbirdə iştirak edən məktəb-liseyin direktoru Səadət xanım Veysova çıxış edərək mütaliənin insanın şəxsiyyət olaraq formalaşıb kamilləşməsində, dünyagörüşünün və bilik dairəsinin  genişlənməsində müstəsna əhəmiyyətini vurğulamışdır. 
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi