Məktəblilər üçün Milli Məclisə ekskursiya təşkil olunmuşdur

     14 aprel 2018-ci il tarixdə 20№li tam orta məktəb-liseyin bir qrup müəllim, şagird və valideyn heyəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "2018-ci ilin-Cümhuriyyət ili" elan olunması ilə bağlı müvafiq sərəncamına əsasən Milli Məclisdə ekskursiyada olmuşdur. Məktəb-liseyin təlim-tərbiyə üzrə direktor müavini Mətanət Əhmədovanın rəhbərliyi ilə keçən ekskursiyada 6 "Ç" sinfi və sinif rəhbəri Samirə Abbasova, 7 "G" sinfi və sinif rəhbəri Gülnarə Babayeva, eləcə də bir neçə valideyn iştirak etmişlər. 
     Ekskursiya zamanı nümayəndə heyəti Heydər Əliyev muzeyi, Plenar iclas zalı və digər görüş zalları ilə tanış olublar. Həmçinin SSRİ və Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun daş üzərində "Çiçəklən doğma Azərbaycan" adlı rəsm əsərini uşaqlar böyük maraqla izləmişlər. 
     Tədbirin sonunda Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin Protokol sektorunun müdiri İlkin Məmmədov Milli Məclisin fəaliyyəti ilə bağlı şagirdlərə geniş məlumat verərək onların suallarını cavablandırmış və xatirə şəkilləri çəkilmişdir. 
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi