Xocalı faciəsi

A.Hüseynzadə adına 20№-li tam orta məktəb-liseydə "Xocalı faciəsi"nin 23-cü il dönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Məktəbin müəllim və şagird heyəti bir dəqiqəlik sükutla bu faciədə ölənlərin xatirəsini yad etmişlər. Tədbirin təşkilatçısı Azərbaycan dili və ədəbiyyat müəllimi Qocayeva Sevinc məktəb şagirdləri ilə birlikdə hazırladıqları tədbirdə bu dəhşətli faciənin ayrı-ayrı məqamlarını göstərməyə çalışmışlar. Tədbirdə Xocalı faciəsinin eləcə də bütün Dağlıq Qarabağ ağrı-acısını göstərən slaydlar göstərilmiş, şagirdlər tərəfindən şeirlər və mahnılar səslənmişdir. Bundan başqa onlar öz çıxışlarında təkcə Xocalı faciəsi deyil, ümumilikdə Dağlıq Qarabağ müharibəsinin ilk başlandığı Sumqayıt hadisələrindən bu günədək olan hadisələr haqqında geniş məlumatlar verdilər. Qeyd edək ki, məktəbin bir qrup istedadlı və fəal şagirdləri Xocalı faciəsində minlərlə itirilmiş, dağıdılmış ailələrin faciələrini bir ailənin timsalında əks etdirən səhnəcik də göstərildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi