20 nömrəli məktəb-liseydə “Conversation Club” öz fəaliyyətini davam etdirir

Bakı Təhsil İdarəsinin İngilis dilinin tədrisinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi “Danışıq Klubları”nın yaradılması layihəsinə 20 nömrəli məktəb lisey də qoşulmuşdur. Aprelin 20-də rəsmi açılışı olmuş “Conversation Club”ın məktəb üzrə koordinatoru Təranə Əliyeva olmuş, burada məktəbin direktoru Yaqut Məmmədova, BTİ-nin mütəxəssisi-layihə üzrə koordinatoru Səkinə Ağalarova,“Azərbaycan Müəllimi” qəzetinin nümayəndələri, direktor müavinləri və fənn müəllimləri iştirak etmişlər. “Danışıq Klubu” hər həftənin IV günü öz fəaliyyətini davam etdirir. Məqsəd şagirdlərdə İngilis dilinə marağın artırılması və şifahi nitqin inkişaf etdirilməsindən ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi