20 nömrəli məktəb-liseyin şagirdləri Bakı Mühəndislik Universitetində Ekskursiyada

Mayın 12-i Bakı şəhərinin 20 nömrəli məktəb-liseyin 9ç sinfin şagirdləri, kimya müəllimi Yaqut Xanlarova və sinif rəhbəri Səbinə Cəfərova Bakı Mühəndislik Universiteti (BMU) və onun Texno Parkında ekskursiyada iştirak etmişlər. Ekskursiya zamanı şagirdlər kimya mühəndisliyi, analitik kimya və üzvi kimya tədris və elmi tədqiqat laboratoriyalarında keçirilən təcrübələrin şahidi olmuşlar. Əyani təcrübələr zamanı şagirdlər fraksiyalı distillə, suyun təmizlənməsi, titrləmə, katalizatorların iştirakı ilə gedən reaksiyaları müşahidə etmişlər. Daha sonra şagirdlər BMU-nun Texnoparkı ilə tanış oldular. Yeni texnologiyaların tətbiqi və elmi araşdırmalar əsasında qurulan Texnopark eyni zamanda müxtəlif fənlərin inteqrativ tədrisi üçün poliqon qismində fəaliyyət göstərir. Ekskursiyanın sonunda iştirakçılar və təşkilatçılar bu cür təşəbbüslərin gələcəkdə təkrarlanmasına ehtiyac duyulduğunu vurğuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi