Azərbaycan tarixində parlayan günəş

Bakı şəhəri A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə 10 may 2017 –ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycan tarixində parlayan günəş” adlı tədbir keçirilmişdir.Tədbiri 3ə sinif müəllimi Həbibli Mehparə hazırlamışdır. Tədbirin keçirilməsində əsas məqsəd müstəqil Azərbaycanın memarı Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirilməsindən ibarət olmuşdur. Şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər söyləmiş, mahnılar oxumuşlar. Eyni zamanda ədəbi-bədii kompozisiya və videoçarx nümayiş etdirilmişdir. Tədbirdə məktəbin direktoru Yaqut Məmmədova, direktor müavinləri, Azərbaycan Valideyin Məllim Assosiasiyası ictimai birliyinin icraçı direktoru Şahin Rəcəbov, VMA-nın sədri Gülya Aslanova və digər fənn müəllimləri iştrak etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi