Növbəti açıq dərs

Mayın 11-də Bakı şəhəri Yasamal rayonu 20 nömrəli məktəb-liseyin 8e sinfində tarix müəllimi Hacalıyeva Dilşadın “Rus-Qacar müharibələri” mövzusunda açıq dərsi keçirilmişdir. Dərs zamanı Çar Rusiyası və Qacarlar arasında baş vermiş müharibələr və bu müharibələrin nəticəsi olaraq iki dövlət arasında imzalanmış ədalətsiz “Gülüstan” və “Türkmənçay” müqavilələri müzakirə edilmişdir. Dərs prosesində həmçinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, İslam Həmrəyliyi, eləcə də IV İslam Həmrəyliyi Oyunlarına da toxunulmuş, mövzu ilə bağlı AMEA-nın Fəlsəfə İnstitunun direktoru, professor İlham Məmmədzadə ilə canlı bağlantı vasitəsilə mövqeyini bildirmişdir. Dərs kurikulum üzrə qruplar və individual formasında müzakirə edilmiş, əyani vasitələrdən və oyunlardan şagirdlər maraqla istifadə etmişlər. Dərsdə məktəbin direktoru Yaqut Məmmədova, direktor müavinləri və fənn müəllimləri iştirak etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi