Ümummilli Liderin anadan olmasının 94-cü ildönümü

20 nömrəli məktəb-liseydə mayın 10-da Ümummilli liderimiz Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş şagirdlərin əl işlərindən və rəsmlərindən ibarət sərgi keçirilmişdir. Tədbirdə böyüməkdə olan gənc nəslə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Ulu Öndər Heydər Əliyev həyatını xalqımıza, ölkəmizin inkişafına həsr etmişdir. O, ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə ölkəmizin tərəqqisinə böyük önəm vermiş, məhz Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olması nəticəsində bu gün Azərbaycan yüksək səviyyədə inkişaf edən bir ölkəyə çevrilmişdir. Tədbirdə məktəbin direktoru Yaqut Məmmədova, direktor müavinləri, tədbirin təşkilatçısı Üzülfət Umayeva, texnologiya müəllimləri və şagirdlər iştirak etmişlər. Yüksək səviyyədə keçirilən tədbirə görə məktəbin direktoru Yaqut xanım təşkilatçı Üzülfət müəlliməyə və şagirdlərə təşəkkür etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi