Nağıllar həftəsi davam edir
20 nömrəli məktəb-liseydə nağıllar həftəsi davam edir. Mayın 8-i 6e sinfi “Küllücə” (“Cendrillon”) adlı fransız dilində tamaşanı səhnələşdirmişlər. Şagirdlərin səyləri, valideynlərin, müəllimlərin və sinif rəhbərinin köməyi sayəsində tamaşa yüksək səviyyədə keçirilmişdir. Tamaşadan əlavə şagirdlər fransız dilində şeirlər və mahnılar oxumuşlar.