Ulu Öndərin ildönümü qeyd olunur

A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə müasir Azərbaycanın qurucusu, müdrik siyasətçi, Ümummilli lider H. Əliyevin anadan olmasının 94-cü ildönümünü qeyd etmək üçün silsilə tədbirlər keçirilməkdədir.Belə tədbirlərdən biri məktəb-liseyin ingilis dili müəllimləri Aygün Vahabov, Səxavət Bayramova və Lalə Allahverdiyeva tərəfindən V-VII sinif şagirdlərinin iştirakı ilə təşkil olunmuşdur.Azərbaycan, rus və ingilis dillərində hazırlanmış şeir, slayd və səhnəciklər yüksək zövqlə təqdim olunmuşdur.Tədbirdə məktəb-liseyin direktoru Yaqut Məmmədova, direktor müavinləri, fənn müəllimləri və valideynlər iştirak etmişdir.Tədbiri giriş sözü ilə açan Yaqut Məmmədova bildirmişdir ki, bu gün müstəqil, qüdrətli və çiçəklənən Azərbaycanın mövcudluğu üçün hər bir azərbaycanlı Heydər Əliyevə bərcludur. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanmasında əvəzsiz rol oynayan ümummilli liderin gərgin əməyi, yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan daha da güclənmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi