Yer kürəsini qoruyaq

20 nömrəli məktəb-lisey “Ekoloji aylıqlar” layihəsini müxtəlif məzmunlu silsilə tədbirlərlə davam etdirir. İlk dəfə 1970-ci il 22 apreldə “Ağac günü” sonralar “Beynəlxalq Yer kürəsi günü” adı ilə qeyd edilən, 141 ölkənin, o cümlədən Azərbaycanın da iştirak etdiyi, beynəlxalq miqyaslı bayram günü ilə bağlı məktəbin coğrafiya müəllimi Könül Şiriyevanın təşkilatçılığı ilə “Dəyirmi masa” keçirildi. Tədbirdə məktəbin direktoru Yaqut Məmmədova, direktor müavinləri, fənn müəllimləri və məktəbin 7, 8, 11-ci sinif şagirdləri iştirak etdilər. Tədbir Dövlət Himni ilə açıq elan edildi. Tədbirdə “Yer kürəsi günü” ilə bağlı məlumatlar verildi. “Çağırış” xarakterli tədbirdə müxtəlif maarifləndirici slaydlar, videoçarxlar nümayiş etdirildi. Ekoloji böhran və onların səbəbləri, ətraf mühitin çirklənməsi, ekoloji tarazlığın pozulması, atmosfer, hidrosfer, biosferin çirklənməsi ilə bağlı müxtəlif çıxışlar edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi