Açıq dərslər davam edir

14.04.2017-ci il tarixində A.Hüseynzadə adına 20№-li məktəb-liseydə texnologiya fənnindən açıq dərs keçirilmişdir. Dərsi texnologiya müəllimi Sərmayə Əliyeva 5a sinfində təşkil etmişdir. ”Buterbrodların hazırlanma texnologiyasında istifadə edilən ərzaq məhsulları və xammal” mövzusunda təşkil edilmiş dərsin məqsədi şagirdlərdə gələcəkdə peşə seçmə qabiliyyətini aşılamaq, digər texnologiya müəllimlərinə qabaqcıl təcrübəni öyrənməyə istiqamətləndirmək olmuşdur. İKT-dən elektron dərs vəsaitlərindən istifadə etməklə hazırlanmış dərs şagirdlərin diqqətini bütünlüklə mövzunun öyrənilməsinə cəlb etmişdir. Şagirdlər sərbəst olaraq hazırladıqları buterbrodları nümayiş etdirərək təqdimat etmişlər. Dərsdə məktəbin direktoru Yaqut Məmmədova, direktor müavinləri, metodbirləşmə sədri Üzülfət Umayeva,və digər fənn müəllimləri iştirak etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi