Növbəti açıq dərs keçirildi

Yeni təlim metodlarının tətbiqi ilə 20№-li məktəb-liseydə növbəti “açıq dərs” keçirilmişdir.Riyaziyyat fənn müəllimi Nərgiz Babayevanın təşkil etdiyi dərsin mövzusu “Qonşu və şaquli bucaqlar” olmuşdur.Əsas məqsəd seçilmiş standartları reallaşdırmaq, qonşu və şaquli bucaq xassəli məsələlərin həll yollarını öyrətmək olmuşdur. Müəllimin qoyulmuş problemi həll etmək üçün məqsədəuyğun təlim üsullarından istifadə edərək şagirdlərin diqqətini bütünlüklə mövzunun öyrənilməsinə cəlb etmişdir. Şagirdlər təlim prosesində fəal iştirak etmiş, dərs boyu müəllim tərəfindən nailiyyətləri qiymətləndirilmişdir. Dərsdə demokratik mühitlə yanaşı nizam-intizamın təşkili də təimin edilmişdir. Dərsin gedişini izləyən məktəbin direktoru Yaqut Məmmədova və direktor müavinləri dərsin nəticəsinə dair öz rəy və təkliflərini Nərgiz Babayevaya bildirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi