Örnək ana, zirvə yolu

Həyatını cəmiyyətin ictimai inkişafı və tərəqqisinə həsr edən görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyeva Azərbaycan tarixində qadın obrazının təkrarsız nümunəsini yaratmışdır. 13.04.2017-ci il tarixdə A.Hüseynzadə adına 20№-li tam orta məktəb-liseydə böyük alim, vəfalı, etibarlı ömür-gün yoldaşı, qayğıkeş və fədakar ana, dünya tibb elminə əvəzolunmaz töhfələr verən həkim-oftalmoloq Zərifə Əliyevanın anım günü qeyd olunmuşdur.O,şərəfli ömür yolunu təkcə ailəsi, övladları üçün deyil, bütün xalqı və milləti üçün həsr etmişdir.Məktəbimizin 9-cu sinif şagirdləri Fəxri Xiyabana gedərək Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişlər.Sonra 9-11-ci sinif şagirdlərinin iştirakı ilə təşkil olunan "Dəyirmi masa" da tarix müəllimi Könül Bağırova şagirdlər ilə birgə tibb elmində böyük xidmətləri olan, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyət tarixçəsini vərəqləmişlər.Şagirdlərin çıxışlarında “Zərifə sevgisi, Heydər sevinci” dilə gəldi. Şagirdlər: “Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur.Bu adların hər biri qürur, iftixar mənbəyidir.Lakin bu adlar sırasında ən şərəflisi Ana adıdır.O, Azərbaycana ölkəmizin dünya dövlətləri sırasında önəmli yer tutmasında müstəsna rolu olan Prezident İlham Əliyevi bəxş edib”-dedilər. Məktəbin direktoru Yaqut xanım Məmmədova tədbirin yekununda Zərifə xanımın ruhuna ehtiramını bildirərək, xeyirxah və işgüzar qadın, gözəl ailə başçısı olan Zərifə xanımın hər zaman yaddaşlarda yaşayacağını, heç vaxt unudulmayacağını vurğulamışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi