Məktəblilər Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi mövzusunda araşdırmalar aparır

20№-li məktəb-liseydə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2016-2017-ci tədris ili “Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayı “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunmuş silsilə tədbirlər davam etdirilir. Belə ki, məktəbin coğrafiya müəllimi, Əməkdar müəllim Validə Əhmədovanın rəhbərliyi, coğrafiya müəllimi Könül Şiriyevanın təşkilatçılığı ilə 11.04.2017-ci il tarixdə məktəbin 10a və 8c sinif şagirdləri Azərbaycan Geologiya muzeyinə ekskursiyaya getmişlər. Ekskursiyaya getməkdə məqsəd şagirdlərin diqqətini Azərbaycanın təbii sərvətlərinə və biomüxtəlifliyinə yönəltmək, onları bu barədə daha da maarifləndirməkdən ibarət olmuşdur. Şagirdlər muzeyin seksiyalarında ölkənin bütün bölgələrindən gətirilmiş 5000-ə yaxın süxurlar, minerallar,kristallar, fliz, qeyri-fliz, inşaat materialları, bəzək və üzlük daşlarla, paleontoloji tapıntılarla, müxtəlif məzmunlu geoloji xəritələr, fotostendlərlə və s. Ilə yaxından tanış olmuşlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi