Şəhidlər ölməz, vətən bölünməz

Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yadda qalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhramanlardır.Vətən və millət yolunda canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvə şəhidlikdir. 04.04.2017-ci il Bakı şəhəri Yasamal rayonu A.Hüseynzadə adına 20 № li tam orta məktəb-liseyin 1a sinfində “Şəhidlər ölməz, vətən bölünməz.” başlığı altında tədbir keçirilmişdir .Tədbirdə məktəb rəhbərliyi,məktəbin 1a sinfində təhsil alan şəhid Kapitan Nəcməddin Savalanovun qızları Nuray,Leyla Savalanovalar və onların valideynləri iştirak etmişlər.Tədbir Aprel döyüşləri qəhrəmanlarının tanıdılması, şagirdlərdə hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə təşkil olunmuşdur.Tədbirin sonunda "Şəhidliyə aparan yol" - Aprel döyüşləri şəhidi Nəcməddin Savalanov haqqında sənədli film göstərildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi